Zelenskinin ofisi: İtirilən ərazilər mütləq Ukraynaya qayıdacaq

Zelenskinin ofisi: İtirilən ərazilər mütləq Ukraynaya qayıdacaq
# 07 iyun 2022 15:48 (UTC +04:00)

Düşmənlə döyüşdə itirdiyimiz ərazilərlə bağlı xəbərlərdən qorxmaq lazım deyil.

APA Ukranews.ru-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezident ofisinin rəhbərinin müşaviri Mixail Podolyak açıqlama verib.

“Bu müharibədir. Taktiki manevrlər gedir. Nəyisə veririk, nəyisə də alırıq. Rusiyalılar çoxdur, texnikaları çoxdur. Sözsüz ki, müharibə çox intensiv gedir, amma elə etməliyik ki, onların müvəqqəti ələ keçirdikləri istənilən kənd ruslara böyük qan hesabına başa gəlsin, onları yormalıyıq”, - o deyib.

Podolyak peşəkar hərbçilərin döyüşdüyünü və itirilən ərazilərin mütləq Ukraynaya qayıdacağını əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR