Zelenskinin ofisi: Ukrayna müharibənin final və daha qanlı mərhələsinə daxil olur

Zelenskinin ofisi: Ukrayna müharibənin final və daha qanlı mərhələsinə daxil olur
# 21 may 2022 15:30 (UTC +04:00)

Ukrayna müharibənin final və daha qanlı mərhələsinə daxil olur.

APA-nın “Ukranews.com” saytına istinadən xəbərinə görə, bunu Ukrayna Prezidenti ofisinin rəhbəri Mixail Podolyak yerli mediaya açıqlamasında deyib.

O bildirib ki, bu mərhələdə əsas diqqət Donetsk və Luqansk da daxil olmaqla, ölkənin Rusiya işğalından tam azad edilməsinə yönələcək.

Podolyak əlavə edib ki, Rusiya qüvvələri Ukraynanın tam işğalı planından imtina edərək artıq ələ keçirdikləri ərazilər saxlamaq üçün mövqe müharibəsinə keçirlər.

Podolyak müharibənin bu mərhələsinin əks-hücum mərhələsi adlandırılacağını və çətin keçəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR