Zelenskinin Ofisi: Ukrayna Rusiya ilə yox, Türkiyə və BMT ilə müqavilə imzalayır

Mixail Podolyak

© APA | Mixail Podolyak

# 22 iyul 2022 15:07 (UTC +04:00)

Ukrayna Prezident Ofisi İstanbulda imzalanması gözlənilən sazişin texniki detallarını açıqlayıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.

“Ukrayna taxılının ixracına dair, İstanbul müqaviləsinə gəlincə, Ukrayna Rusiya ilə heç bir sənəd imzalamır. Biz Türkiyə və BMT ilə müqavilə imzalayır və onların qarşısında öhdəliklər götürürük. Rusiya Türkiyə və BMT ilə güzgü sazişi imzalayır.

Rusiya gəmilərinin heç bir nəqliyyat müşayiəti və limanlarımızda nümayəndələri olmayacaq. Təxribatlar olarsa, dərhal hərbi reaksiya verəcəyik.

Zərurət yarandıqda, sularda nəqliyyat gəmilərinin yoxlamaları birgə qruplar tərəfindən həyata keçiriləcək”, - Podolyak qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR