Zelenskinin Ofisi: Ukraynanın Qərb istehsalı 450 tanka ehtiyacı var

Mixail Podolyak

© APA | Mixail Podolyak

# 03 fevral 2023 11:55 (UTC +04:00)

Ukraynanın 350-450 ədəd Qərb istehsalı tanka ehtiyacı var.

APA xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak İspaniyanın “20 minutos” qəzetinə müsahibəsində bildirib.

Podolyak onu da qeyd edib ki, ölkəsinin 150-200 km uzağı vura bilən raketlərə də ehtiyacı var.

“Rəsmi Kiyevin beynəlxalq müttəfiqləri münaqişənin indiki mərhələsində Ukraynanın nəyə ehtiyacı olduğunu dəqiq bilirlər. Bunlar ilk növbədə 150-200 km mənzilli raketlər və 350-450 arasında tankdır”, - Podolyak əlavə edib.

O qeyd edib ki, hazırda nüvə riski yoxdur, Zaporojye AES işğal olunub, lakin Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən nəzarət altındadır.

Podolyak həmçinin vurğulayıb ki, Rusiya qoşunları, Krım da daxil olmaqla, bütün işğal olunmuş əraziləri tərk edərək beynəlxalq səviyyədə tanınmış sərhədlərə qayıdandan sonra rəsmi Kiyev münaqişəni bitmiş hesab edəcək.

Xatırladaq ki, bu il yanvarın 25-də ABŞ hökuməti 31 ədəd “M1 Abrams” tankını Kiyevə tədarük etmək niyyətində olduğunu açıqlayıb və elə həmin gün Almaniya hökuməti də Ukraynaya 14 ədəd “Leopard 2” tankı göndərəcəyini və üçüncü ölkələrə bu texnikanın Ukraynaya göndərilməsinə icazə verəcəyini təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR