Zəlzələdən sonra Hatayda qaz xəttində partlayış baş verib

Zəlzələdən sonra Hatayda qaz xəttində partlayış baş verib
# 06 fevral 2023 10:33 (UTC +04:00)

Türkiyənin Kahramanmaraş vilayətində baş vermiş zəlzələdən sonra Hatay şəhərinin Kırıkhan qəsəbəsində qaz xəttində partlayış baş verib.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Topboğaz kəndindən 200 metr aralıda və 3 kilometr məsafədə iki ayrı yerdə baş vermiş partlayış nəticəsində yanğın meydana gəlib.

Xəttin bərpa edilməsi üçün briqadalar cəlb edilib və təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, səhər saatlarında Türkiyədə 7,4 bal gücündə zəlzələ olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR