Gürcüstan Prezidenti Salome Zurabişvili kraliça II Elizabetin dəfn mərasimində iştirak etmək məqsədilə Böyük Britaniyaya səfərə gedib.
APA-nın yerli bürosu xəbər verir ki, məlumatı Gürcüstan Prezidentinin administrasiyası yayıb.
“Gürcüstan Prezidenti Birləşmiş Krallıq və Şimali İrlandiya kraliçası II Elizabetin dəfn mərasimində iştirak etmək məqsədilə Böyük Britaniyaya yola düşüb”, - deyə məlumatda qeyd olunub.
İşçi səfər çərçivəsində Salome Zurabişvilinin bəzi görüşlər də keçirəcəyi bildirilib.