Zurabişvili Brüsseldə Şarl Mişellə görüşüb

Zurabişvili Brüsseldə Şarl Mişellə görüşüb
# 30 may 2023 16:37 (UTC +04:00)

Brüsseldə səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə görüşüb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Aİ Şurası yayıb. Bildirilib ki, tərəflər Gürcüstanın Avropa yoluna dair müzakirə aparıblar.

Məlumata görə Şarl Mişel Avropa Komissiyasının payız “Genişlənmə paketi”nin bir hissəsi kimi Gürcüstanın namizəd statusu əldə etməsi üçün 12 prioriteti yerinə yetirməsinə dair hesabatı hazırlayacağını xatırladıb.

Şarl Mişel ədliyyə islahatları, mətbuat azadlığı, vətəndaş cəmiyyəti, oliqarxsızlaşdırma və de-polarizasiya məsələləri ilə bağlı daha çox tərəqqiyə ehtiyac duyulduğunu xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR