Avstraliyada 5,8 bal gücündə zəlzələ baş verib

Avstraliyada 5,8 bal gücündə zəlzələ baş verib
# 10 iyun 2023 06:33 (UTC +04:00)

Avstraliyanın Makquari adasında 5,8 bal gücündə zəlzələ baş verib.

APA-nın məlumatına görə, bu barədə Avstraliya Dövlət Geoloji Bürosu məlumat yayıb.

Büronun məlumatına görə, zəlzələnin episentri adanın şərq sahilindən 420 kilometr cənubda yerləşib.

Dağıntı və sunami təhlükəsi barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR