Bayden: Avstraliya nüvə yanacağı istehsal etməyəcək

Bayden: Avstraliya nüvə yanacağı istehsal etməyəcək
# 14 mart 2023 03:42 (UTC +04:00)

AUKUS tərəfdaşlığı çərçivəsində Avstraliyaya göndərilən sualtı qayıqlar nüvə silahı ilə təchiz edilməyəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Co Bayden ABŞ-ın AUKUS-da tərəfdaş ölkələri olan Avstraliya və Böyük Britaniyanın liderləri ilə birgə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sualtı qayıqlar nüvə yanacağı ilə işləyəcək, lakin nüvə silahı daşımayacaq.

"Avstraliya qürurlu qeyri-nüvə dövlətidir və belə qalmaq niyyətindədir", - Amerika prezidenti izah edib.

ABŞ prezidenti həmçinin qeyd edib ki, Avstraliya sualtı qayıqlar üçün lazım olan nüvə yanacağını da istehsal etməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR