Filippində güclü zəlzələ olub

Filippində güclü zəlzələ olub
# 16 mart 2023 04:01 (UTC +04:00)

Filippinin Mindanao adasının sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri Mati şəhərindən 270 kilometr cənub-şərqdə, zəlzələnin ocağı 60 kilometr dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR