İndoneziyada güclü zəlzələ olub

İndoneziyada güclü zəlzələ olub
# 24 may 2023 21:18 (UTC +04:00)

İndoneziya sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildirilib.

Yeraltı təkanların episentri 355 000 nəfərin yaşadığı Ambon şəhərindən 76 kilometr şimal-qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR