Kris Hipkins Yeni Zelandiyanın 41-ci Baş naziri seçilib

Kris Hipkins Yeni Zelandiyanın 41-ci Baş naziri seçilib
# 22 yanvar 2023 06:07 (UTC +04:00)

Yeni Zelandiyanın təhsil və ictimai xidmətlər naziri Kris Hipkins hakim İşçi Partiyasının və ölkənin yeni lideri seçilib.

APA xəbər verir ki, bu barədə “The New Zealand Herald” nəşri məlumat yayıb.

O, Casinda Ardernin istefasından sonra hökumətə rəhbərlik edəcək.

Ardern istefasını general qubernatora təqdim edəndən sonra ölkənin yeni, 41-ci baş naziri Kris Hipkins and içəcək.

Yanvarın 25-i yeni hökumət başçısının rəhbərliyi ilə Nazirlər Kabinetinin ilk iclası keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR