Akar: “Türk millətinin müdafiəsi üçün Türkiyə və Azərbaycan ordularına hamının etibar etməli olduğunu göstərdik”

Akar: “Türk millətinin müdafiəsi üçün Türkiyə və Azərbaycan ordularına hamının etibar etməli olduğunu göstərdik”
# 11 fevral 2021 15:46 (UTC +04:00)

“Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin əməkdaşlıq etməsi çox vacibdir. Ölkələrimizin, xalqlarımızın, nəcib türk millətinin müdafiəsi və təhlükəsizliyi üçün Türkiyə və Azərbaycan ordularına hər kəsin etibar etməli olduğunu göstərdik”.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimlərində çıxışı zamanı deyib.

Türkiyə və Azərbaycanın qardaş dövlətlər olduğunu xatırladan nazirin sözlərinə görə, bunun sözdə olmadığını 44 günlük hərəkat açıq-aydın göstərib.

“Bizim həqiqətən də kədərimiz və sevincimiz birdir. Nə lazımdırsa etdik və edəcəyik. İnşallah, bundan sonra da əməkdaşlığımız davam edəcək. Azərbaycanlı qardaşlarımız bizimlə bərabər qardaşcasına əmin-amanlıqda yaşayacaqlar”, - deyə H. Akar vurğulayıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR