Azərbaycan Ordusuna Yardım Fondunun vəsaitinin toplanması üçün xüsusi xəzinə hesabı açılacaq

Azərbaycan Ordusuna Yardım Fondunun vəsaitinin toplanması üçün xüsusi xəzinə hesabı açılacaq
# 08 dekabr 2020 14:22 (UTC +04:00)

Azərbaycan Ordusuna Yardım Fondunun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin (bundan sonra – Dövlət Xəzinədarlıq Agentliyi) xüsusi xəzinə hesabı açılır, Dövlət Xəzinədarlıq Agentliyi isə Azərbaycan manatı ilə və xarici valyutalarda kredit təşkilatlarında bank hesabları açır.

APA xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Ordusuna Yardım Fondu haqqında Əsasnamə” də əksini tapıb.

Əsasnaməyə əsasən, Fondun vəsaitindən bu Əsasnamədə müəyyən edilmiş xərc istiqamətlərinə uyğun istifadə edilməsi Azərbaycan Respublikası Prezidentinin razılığı əsasında həyata keçirilir.

Müdafiə Nazirliyinin Fondun vəsaitindən bu Əsasnamədə müəyyən edilmiş xərc istiqamətlərinə uyğun istifadə edilməsi üzrə təklifi (vəsatəti) razılıq verilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir və həmin təklifə (vəsatətə) razılıq verildiyi təqdirdə Fonddan vəsaitin ayrılması Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə rəsmiləşdirilir.

Dövlət Xəzinədarlıq Agentliyi Müdafiə Nazirliyinin bu Əsasnamə nəzərdə tutulmuş əmr və ödənişlər üzrə sifarişləri əsasında maliyyələşməni həyata keçirir.

Müdafiə Nazirliyi Fondun vəsaiti hesabına satınalmaları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR