Hərbi Dəniz Qüvvələrinin Dalğıc Təlim Poliqonunda hazırlıq məşqləri keçirilir

Hərbi Dəniz Qüvvələrinin Dalğıc Təlim Poliqonunda hazırlıq məşqləri keçirilir
  • Clock-gray 11:26
  • calendar-gray 13 Aprel 2020

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına uyğun olaraq Hərbi Dəniz Qüvvələrinin Dalğıc Təlim Poliqonunda dalğıcların hazırlıq məşqləri keçirilir.

APA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, döyüş koordinasiyasına nail olmaq məqsədilə keçirilən məşqlərdə hərbi qulluqçular dalğıc təhsili proqramı çərçivəsində müxtəlif spesifik məşqləri icra edir,   dalğıc hazırlığı üzrə normativlər verir və sualtı döyüşün aparılması vərdişlərini təkmilləşdirirlər.

Hərbi qulluqçular müxtəlif təyinatlı maneələr zolağında döyüş, fiziki və peşə hazırlıqlarını artırırlar.

Səlcuq Elçin

Digər xəbərlər