Jurnalistlər müasir mühəndis texnikası ilə tanış olublar

Jurnalistlər müasir mühəndis texnikası ilə tanış olublar
# 10 fevral 2021 13:59 (UTC +04:00)

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının maddi-texniki təminatının yaxşılaşdırılması, azad edilmiş ərazilərdə aparılan minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə Türkiyə Respublikasından alınan müasir tələblərə cavab verən mühəndis texnikası və avadanlıqlarının bir hissəsi media nümayəndələrinə təqdim edilib.

APA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, mühəndis-istehkam bölmələri tərəfindən müasir texnika və avadanlıqlardan istifadə etməklə ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri media nümayəndələrinə praktiki nümayiş etdirilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun arsenalına qəbul olunan hərbi texnikaların dərindən öyrənilməsi və bacarıqla istifadə edilməsi məqsədilə hərbi qulluqçular üçün beynəlxalq kurslar təşkil edilib.

Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluçlulara müvafiq sertifikatlar təqdim edilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR