MN: Hərbi həkim Teymur Cəfərov xəstəlikdən vəfat edib

MN: Hərbi həkim Teymur Cəfərov xəstəlikdən vəfat edib
  • Clock-gray 13:59
  • calendar-gray 31 İyul 2020

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının reanimasiya-anesteziologiya bölməsinin zabiti, tibb xidməti mayoru Cəfərov Teymur Oktay oğlu dünyada yayılan  koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və iyulun 31-də səhər saatlarında o, dünyasını dəyişib.

Müdafiə Nazirliyinin rəhbərliyi və hərbi tibb personalı vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

apa-logo-mini

Digər xəbərlər