Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib - VİDEO

Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib  - VİDEO
  • Clock-gray 18:38
  • calendar-gray 16 Mart 2021

Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin əməliyyat-taktiki təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib.

APA xəbər verir ki, eyni zamanda, təlimlərin planına uyğun olaraq ərazinin kəşfi nəticəsində əldə olunan məlumatlar əsasında maket üzərində tapşırıqlar,  qoşunların qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.

Müdafiə naziri qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.

apa-logo-mini

Digər xəbərlər