Naxçıvan Qarnizonu Qoşunlarında döyüş atışlı taktiki təlim keçirilib

Naxçıvan Qarnizonu Qoşunlarında döyüş atışlı taktiki təlim keçirilib
  • Clock-gray 19:13
  • calendar-gray 04 Aprel 2020

"Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı"na əsasən artilleriya bölmələri ilə gecə şəraitində döyüş atışlı taktiki təlim keçirilib.

APA-nın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, artilleriya bölmələri daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına hərəkət edərkən verilən müdaxiləyə uyğun olaraq hərəkətdən birbaşa döyüş düzülüşünə açılıb, atəş mövqelərini və müşahidə məntəqələrini tutaraq döyüş tətbiqinə hazırlanıb.

Təlimdə şərti düşmənin fəaliyyəti gecəgörmə imkanlarına malik kəşfiyyat vasitələri ilə izlənilib.

Atəş mövqeyi rayonlarından işıq təminatı ilə bərabər planlı və plandankənar hədəflərə döyüş atışları icra edilib.

Məhdudgörmə şəraitində keçirilən təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date