Ötən il 160.3 mln. manatlıq müdafiə təyinatlı məmulatın istehsalı, təmiri və utilizasiyası həyata keçirilib

Ötən il 160.3 mln. manatlıq müdafiə təyinatlı məmulatın istehsalı, təmiri və utilizasiyası həyata keçirilib
  • Clock-gray 15:34
  • calendar-gray 09 Mart 2021

Dövlət büdcəsindən sifarişçi təşkilatlara ayrılmış maliyyə resurslarına uyğun olaraq Müdafiə Nazirliyi və digər güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında hesabat ilində 160.3 mln. manat (ƏDV daxil) məbləğində müdafiə təyinatlı məmulatların istehsalı, təmiri və utilizasiyası həyata keçirilib və sifarişçilərə təhvil verilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında əksini tapıb.

Məlumata əsasən, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların və onların ehtiyat hissələrinin çeşidlərinin sayı 1000-dən çox olub.

Hesabat ilində istehsal edilən məhsulların çeşidləri əsas istiqamətlər üzrə aşağıdakı kimi olub: atıcı silahlar, onların ehtiyat hissələri, atıcı silahlar üzrə tərtibat və ləvazimatlar, yaxın məsafəli döyüş vasitələri, artilleriya silahlarının ehtiyat hissələri, optik nişangahlar, zirehli texnikanın ehtiyat hissələri, döyüş sursatları, pirotexniki vasitələr, mühəndis texnikası və döyüş sursatları, mühəndis xidməti vasitələri, fərdi mühafizə vasitələri, xüsusi geyim vasitələri, avtomobil xidməti vasitələri, akkumulyatorlar və doldurma qurğuları, arxa cəbhə vasitələri və tibbi xidmət vasitələri.

Hesabat dövründə 435.6 min manat məbləğində təmir işləri yerinə yetirilib. 2020-ci ilin istehsal proqramı üzrə 311 min ədəd 39 adda müxtəlif məmulatların utilizasiyası üzrə 38.4 min manatlıq müqavilələr imzalanıb və icra olunub.

Beləliklə, hesabat dövründə istehsal proqramı üzrə təmir və utilizasiya işləri cəmi 447.0 min manat olmaqla, tam həcmdə yerinə yetirilib.

Əsmər Qabil

Digər xəbərlər