“Qış təlimi-2021”də bölmələr mühəndis təminatı üzrə taktiki-xüsusi tapşırıqları icra ediblər - VİDEO

“Qış təlimi-2021”də bölmələr mühəndis təminatı üzrə taktiki-xüsusi tapşırıqları icra ediblər  - VİDEO
# 05 fevral 2021 17:23 (UTC +04:00)

Əlahiddə Ümumqoşun Ordu və Türkiyə Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən “Qış təlimi-2021” təlimləri davam edir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, təlimlərin növbəti mərhələsində bölmələr mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə taktiki-xüsusi tapşırıqları yerinə yetiriblər.

Əsas diqqət tank körpüquranları, maneələğvetmə texnikası və mühəndis döyüş sursatlarının tətbiq edilməsinə yönəldilib.

Qeyd edək ki, təlimlər fevral ayının 12-dək davam edəcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR