Silahlı Qüvvələrə yardım Fondu ləğv edilərək Azərbaycan Ordusuna Yardım Fondu yaradılıb

Silahlı Qüvvələrə yardım Fondu ləğv edilərək Azərbaycan Ordusuna Yardım Fondu yaradılıb
# 08 dekabr 2020 14:12 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması və “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.

APA xəbər verir ki, fərmana əsasən, Azərbaycan Ordusuna Yardım Fondu yaradılır. “Azərbaycan Ordusuna Yardım Fondu haqqında Əsasnamə” təsdiq edilir.

“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 475) ləğv edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondu ləğv edildiyi gündən onun balansında qalan vəsaitin Azərbaycan Ordusuna Yardım Fondunun xüsusi xəzinə hesabına köçürülməsini təmin etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR