Türkiyə Müdafiə Nazirliyi Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
  • Clock-gray 11:47
  • calendar-gray 09 Noyabr 2020

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. 

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" hesabında qeyd olunub. 

“Qəhrəman və nəcabətli Azərbaycan Türkü Qardaşlarımız! Bayraq Gününüz mübarək olsun! Sizinlə qürur duyuruq və Ermənistan üzərindəki zəfərinizi bir daha təbrik edirik. İnanırıq ki, şanlı ay-ulduzlu bayrağımız yaxında Qarabağda da dalğalanacaq. Biz bir millət iki dövlətik!”, - deyə bildirilib.  

Zümrüd Paşkin

Digər xəbərlər