Türkiyənin Milli Müdafiə naziri ilə Baş Qərargah rəisi Azərbaycana gəlir

Türkiyənin Milli Müdafiə naziri ilə Baş Qərargah rəisi Azərbaycana gəlir
# 12 avqust 2020 12:28 (UTC +04:00)

Avqustun 12-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfərə gəlir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR