Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsinin açılışı olub

 Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsinin açılışı olub
# 20 iyun 2020 12:10 (UTC +04:00)

Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsinin açılışı olub.

APA-nın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Hikmət Mirzəyev ərazidəki qərargah, tədris binası və tibb məntəqəsi ilə tanış olub. Bütün binalar müasir mebel və avadanlıqla tam təmin olunub.

Məlumat verilib ki, xüsusi təyinatlıların peşəkar hazırlığı və döyüş vərdişlərinin artırılması üçün bütün lazımi şərait yaradılıb. Hərbi hissənin maddi-texniki bazasının daha da təkmilləşdirilməsi nəzərdə tutulur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR