Müdafiə naziri Pakistana başsağlığı verib

Müdafiə naziri Pakistana başsağlığı verib
# 30 iyul 2019 13:42 (UTC +04:00)

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayata, Ordu komandanı general Qamar Caved Bacvaya və Federal Müdafiə naziri cənab Pervez Xattaka başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən APA-ya daxil olan başsağlığında deyilir: “Hərbi təyyarənin qəzaya uğraması nəticəsində qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbəri məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.

Qeyd edək ki, Pakistanda hərbi təyyarənin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb.

APA “Reuters”ə istinadən bildirir ki, təyyarə ölkənin şimalındakı Ravalpindi şəhəri üzərində təlim keçirmiş. Aviaqəzadan sonra yanğın baş verib və bir neçə binanı bürüyüb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR