Azərbaycan silahları Moskvada Beynəlxalq Hərbi-Texniki sərgidə nümayiş olunur

Azərbaycan silahları Moskvada Beynəlxalq Hərbi-Texniki sərgidə nümayiş olunur
  • Clock-gray 11:50
  • calendar-gray 25 İyun 2019

Moskva vilayətinin Alabino poliqonunda yerləşən “Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində “ARMY-2019“ V Beynəlxalq Hərbi-Texniki Forumu öz işinə başlayıb.

APA-nın Rusiya üzrə xüsusi müxbirinin verdiyi məlumata görə, Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) də iştirak edir.

Dünyanın ən böyük silah və hərbi texnika sərgilərindən birinə çevrilən forumda nazirlik ilk dəfə stendlə təmsil olunur və məhsullarını nümayiş etdirir. Bununla bağlı müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Moskvada səfərdədir.

“ARMY-2019” sərgisində təşkil olunan 120 kvadratmetr sahəsi olan milli pavilyonda MSN əsasən, ixrac yönümlü məhsullarını - snayper tüfənglərini, avtomatları, tapançaları, hücum pulemyotlarını, qumbaraatanları, pilotsuz uçuş aparatlarını, minaatanları, müxtəlif çaplı döyüş sursatlarını  nümayiş etdirir.

Nazirliyin müəssisələrində istehsal olunan 30 millimetrlik 2A42 topu və 7.62 millimetrlik “Yırtıcı” yarımavtomat snayper tüfəngi xaricdə keçirilən beynəlxalq sərgidə ilk dəfə sərgilənir.

Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Rusiya Federasiyasının dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkət nümayəndələri ilə görüşləri də planlaşdırılır. Görüşlərdə hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində danışıqların aparılması nəzərdə tutulur.

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date