Böyük Britaniya Azərbaycana yeni hərbi attaşe təyin edib

Böyük Britaniya Azərbaycana yeni hərbi attaşe təyin edib
  • Clock-gray 13:17
  • calendar-gray 17 Sentyabr 2019

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səfiri Ceyms Şarp ölkəsinin Azərbaycanda yeni təyin olunmuş hərbi attaşesi polkovnik-leytenant Entoni Bramveli Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim edib.

APA-nın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, hərbi attaşeni Azərbaycanda hərbi-diplomatik missiyasına başlaması münasibətilə təbrik edən nazir ona ölkələrimizin orduları arasında əlaqələrin genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date