DSX rəisi Qazax və Ağstafada hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb

DSX rəisi Qazax və Ağstafada hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb
# 25 iyul 2019 11:06 (UTC +04:00)

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev DSX-nın Sərhəd Qoşunlarının Qazax və Ağstafa rayonları ərazisində hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

DSX-dən APA-ya bildirilib ki, general-polkovnik Elçin Quliyev sərhəd zastavalarında və sərhəd döyüş məntəqələrində xidmət edən şəxsi heyətlə görüşüb, dövlət sərhədində sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması istiqamətində görülən işlərə baxış keçirib, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə tapşırıqlar verib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR