Elçin Quliyev təmas xəttində olub

 Elçin Quliyev təmas xəttində olub
# 08 may 2019 11:33 (UTC +04:00)

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ağstafa rayonu ərazisində hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Dövlət Sərhəd Xidmətindən ONA-ya bildirilib ki, xidmət rəisi sərhəd döyüş məntəqələrində xidmət edən şəxsi heyətlə görüşüb, Ermənistan Silahlı Qüvvələrinin bölmələri ilə təmas xəttində sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması istiqamətində görülən işlərə baxış keçirib, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə tapşırıqlar verib.


Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR