Hərbi Akademiyada NATO-nun təhsil üzrə ekspertləri ilə görüş keçirilir

Hərbi Akademiyada NATO-nun təhsil üzrə ekspertləri ilə görüş keçirilir
# 09 iyul 2019 15:22 (UTC +04:00)

Azərbaycan Ordusunun Hərbi təhsil sisteminin inkişafına dəstək üzrə Azərbaycan-NATO birgə fəaliyyət planına uyğun olaraq Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun ekspert qrupu ilə xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin professor-müəllim heyəti arasında görüş keçirilir.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, iyulun 10-dək davam edəcək tədbirdə NATO-nun ekspert qrupu tərəfindən distant təhsilinin prinsipləri, onun platformasının və təhsil modullarının yaradılmasına dair təqdimatlar verilir və praktik məşğələlər keçirilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR