Əlahiddə Ümumqoşun Orduda praktiki atışlar keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Orduda praktiki atışlar keçirilib - VİDEO
  • Clock-gray 19:17
  • calendar-gray 27 Mart 2020

Əlahiddə Ümumqoşun Ordunun ön xətdə xidmət edən zenitçiləri ilə praktiki atışlar keçirilib.

Müdafiə nazirliyindən APA-ya verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə birləşmə, hissə və bölmələri Vətənimizin hava sərhədlərini etibarlı müdafiə edir və uğurlu döyüş növbətçiliyi həyata keçirirlər.

Hava məkanımızı müdafiə etmək kimi şərəfli xidmətləri ilə fəxr edən hərbi qulluqçularımızın bilik və bacarıqları daim təkmilləşdirilir. Növbəti dəfə isə ümumqoşun birləşməsinin ön xətdə yerləşən hava hücumundan müdafiə bölməsində 23 mm-lik zenit qurğularının heyətləri ilə praktiki atışlar keçirilib.

Atışlar zamanı əsas diqqət aşağı hündürlüklərdə uçan, qəfil peyda olan, eləcə də yerüstü hədəflərin vaxtında aşkar olunaraq məhv edilməsinə yönəldilib.

Atışların nəticəsi bir daha göstərdi ki, ön xətdə yerləşən hava hücumundan müdafiə bölmələrimiz hər an düşmənin qəfil hava hücumunu dəf etməyə hazırdırlar. 

 

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date