MiQ-29-un pilotunun axtarışları davam etdirilir

MiQ-29-un pilotunun axtarışları davam etdirilir
# 29 iyul 2019 19:20 (UTC +04:00)

Təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 təyyarəsinin pilotunun axtarışları davam etdirilir.

APA-nın xəbərinə görə, MiQ-29 təyyarəsinin pilotunun axtarışları istiqamətində aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR