Sergey Şoyqu “ARMY-2019“ sərgisində Azərbaycan stendi ilə tanış olub

Sergey Şoyqu “ARMY-2019“ sərgisində Azərbaycan stendi ilə tanış olub
  • Clock-gray 15:38
  • calendar-gray 25 İyun 2019

Rusiya müdafiə naziri Sergey Şoyqu Moskva vilayətinin Alabino poliqonunda yerləşən “Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində keçirilən “ARMY-2019“ V Beynəlxalq Hərbi-Texniki Forumunda Azərbaycan stendi ilə tanış olub.

APA-nın Moskva bürosunun verdiyi məlumata görə, Azərbaycanın Müdafiə Sənayesi nazirinin mavini Yəhya Musayev Rusiya müdafiə nazirinə Azərbaycan stendində nümayiş olunan silahlar barədə məlumat verib.  

O bildirib ki, Azərbaycanın sənaye kompleksi ilə Rusiya sənaye kompleksi arasında uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur və tərəflər bu əlaqələri daha da inkişaf etdirmək niyyətindədir.

Qeyd edək ki, “ARMY-2019“ V Beynəlxalq Hərbi-Texniki Forumu bu gün başlayıb və iyunun 30-na kimi davam edəcək. Forumda 12 ölkə təmsil olunur.

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date