Təmas xəttindəki sərhəd döyüş məntəqələrində xidməti-döyüş fəaliyyətinin vəziyyəti yoxlanılıb

Təmas xəttindəki sərhəd döyüş məntəqələrində xidməti-döyüş fəaliyyətinin vəziyyəti yoxlanılıb
  • Clock-gray 12:53
  • calendar-gray 29 İyun 2019

İyunun 28-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” sər­həd dəs­təsinin xidməti ərazisində yeni hərbi his­sə kompleksi istifadəyə verilib.

Bu barədə APA-ya DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.

Bu münasibətlə təşkil olunmuş mərasimdə çıxış edən DSX-nın rəisi, general-polkovnik Elçin Quliyev Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən ke­çən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilmə­si istiqamətində mühüm addım olduğunu xüsusi vurğu­layıb, Azərbay­can sərhədçilərinin işğalda olan torpaqlarımızın azad olunmasına öz ciddi töhfələrini verməyə hər zaman hazır olduğunu bildirib.

Tədbir zamanı xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif edilib.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra hərbi hissəyə  baxış keçirilib.

Qeyd olunub ki, 5 hektar ərazidə yerləşən hərbi hissədə 14,6 min m2 sahədə inşaat işləri aparıl­ıb, xidməti-döyüş fəaliyyətinin yüksək sə­viyyədə təş­kili və sərhədçilərin istirahəti üçün hər cür şə­rait yara­dıl­ıb. Yeni hərbi hissədə qərargah və ida­rəetmə böl­mələri üçün binalar kompleksi, müddətli həqiqi hərbi xidmət hərbi qul­luq­çuların kazarma bi­naları, hərbi qulluqçular və ailə üzvləri üçün 84 xidməti mən­zil, tibb mən­təqəsi, tex­niki təyinatlı bina­lar, su anbarı inşa olunub.

Səfər çərçivəsində təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində xidməti-döyüş fəaliyyətinin vəziyyəti yoxlanılıb.

 

Fərid Mirzəyev

Digər xəbərlər

Arxiv

date