Avropa fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib

Avropa fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib
  • Clock-gray 09:17
  • calendar-gray 18 Fevral 2020

Avropa fond bazarlarında fevralın 17-də FTSE 100 indeksi 0,33% – 7 433,25 bəndədək, Almaniya DAX-ı 0,29% – 13 783,89 bəndədək, Fransa CAC-40 indeksi isə 0,27% – 6 085,95 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, COMEX-də qızılın bir unsiyasının qiyməti 0,08% azalaraq 1 585,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,05% azalaraq 1,083 dollar təşkil edib.

Fevralın 17-də Amerikada Prezidentlər günü qeyd edildiyindən fond bazarında ticarət keçirilməyib.

APA-Economics

Digər xəbərlər

Arxiv

date