BFB BMT-nin UNSSE Qrupu ilə əməkdaşlığa başlayıb

BFB BMT-nin UNSSE Qrupu ilə əməkdaşlığa başlayıb
  • Clock-gray 12:59
  • calendar-gray 07 Aprel 2020

Bakı Fond Birjası (BFB) BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs (“The UN Sustainable Stock Exchange Initiative”  – UNSSE) Qrupuna üzv olub.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, 2009-cu ildə əsası qoyulmuş Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupunun (Təşəbbüs Qrup) əsas məqsədi qabaqcıl ətraf mühit, sosial və korporativ idarəetmə prinsiplərinin öyrənilməsi və tətbiqi üzrə birjalar üçün mütəşəkkil platforma yaratmaq və müəyyən olunmuş dayanıqlı inkişaf hədəfləri çərçivəsində investisiya və maliyyələşmə prinsiplərini təşviq etməkdir.

Hazırda Bakı Fond Birjası daxil olmaqla 96 birja Təşəbbüs Qrupuna üzvdür və bu platformada birjalar yaşıl maliyyələşmə ( “green finance”), gender bərabərliyi, kiçik və orta sahibkarlığın inkişafı, ətraf mühit, sosial və korporativ idarəetmə hesabatlılığı kimi məsələlər üzrə mütəmadi araşdırmalar və müzakirələr aparır, öz təcrübələrini bölüşür və ən yaxşı praktikaların tətbiqi üzrə birgə çalışırlar.

BBFb Təşəbbüs Qrupuna qoşulmaqla beynəlxalq standartlara uyğun korporativ idarəetmə hesabatlılığının təşkili və yerli kapital bazarlarında tətbiqi, eləcə də listinq qaydalarının bu prinsiplərə uyğunlaşdırılması kimi mövzular üzrə Təşəbbüs Qrupu ilə əməkdaşlıq etməyi və xarici birjaların təcrübəsini öyrənməyi hədəfləyir.

APA-Economics

Digər xəbərlər