BFB-də ilk dəfə səhm üzrə repo əməliyyatları həyata keçirilib

BFB-də ilk dəfə səhm üzrə repo əməliyyatları həyata keçirilib
  • Clock-gray 18:11
  • calendar-gray 27 Fevral 2020

“Bakı Fond Birjası” QSC-nin (BFB) ticarət platformasında ilk dəfə olaraq səhmlərlə repo əqdləri bağlanıb.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, “AzFinance İnvestisiya Şirkəti” QSC-nin vasitəçiliyi ilə iki emitentə məxsus səhm üzrə repo əməliyyatı keçirilib.

Kapital bazarları iştirakçıları tərəfindən qısamüddətli vəsait cəlbində səhmlərdən də aktiv istifadə olunmağa başlanıb.

Qeyd edək ki, indiyədək repo əməliyyatların predmeti əsasən dövlət və korporativ istiqrazlar olub. Ümumilikdə, son illərdə repo əməliyyatlarında əhəmiyyətli artım tempi müşahidə olunub. Belə ki, 2018-ci ildə BFB-də repo əməliyyatların həcmi 612 mln. manat olub, 2019-cu ildə isə dövriyyə 83% artaraq 1,1 milyard manatı ötüb.

Repo əməliyyatı – repo predmeti olan investisiya qiymətli kağızlarının əvvəlcədən müəyyən edilmiş şərtlərlə geri satın alınması (satılması) öhdəliyi ilə satılmasıdır (alınmasıdır). Repo əməliyyatları investorlar üçün qısamüddətli borc cəlb etmə imkanları təqdim edir. Bazar iştirakçıları Birjanın ticarət platformasında repo əqdləri bağlayaraq qısamüddətli maliyyə ehtiyaclarını təmin edə bilərlər.

Hazırda BFB-də 23 alətlə repo aparmaq mümkündür.

APA-Economics

Digər xəbərlər