Bitkoinin qiyməti tarixində ən yüksək həddə çatıb

Bitkoinin qiyməti tarixində ən yüksək həddə çatıb
# 17 dekabr 2020 07:33 (UTC +04:00)

Bitkoinin qiyməti alış-veriş sessiyasında 3,7% artaraq 22 148 dollar pik səviyyəsinə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 06:11-də ticarət sahəsindəki məlumatlar belə deməyə əsas verir.

Belə olan halda, kriptovalyuta tarixin maksimum qiymətini qazanıb.

Bakı vaxtı ilə saat 01:54-də olan məlumata əsasən, bitkoinin məzənnəsi artaraq 21 298 dollar həddini keçib. Bundan sonra kriptovalyutanın məzənnəsi artmaqda davam edib və Bakı vaxtı ilə saat 02:06-da 21 311 dollara (+9,6%) satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR