Brent markalı neftin qiyməti 51 dolları keçib

Brent markalı neftin qiyməti 51 dolları keçib
# 17 dekabr 2020 09:13 (UTC +04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin fevral müqaviləsinin dəyəri 0,9% artaraq 1 barelə görə 51,54 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1% artaraq 48,3 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR