"Brent" neftinin qiyməti son bir ildə ilk dəfə 59 dolları üstələyib

"Brent" neftinin qiyməti son bir ildə ilk dəfə 59 dolları üstələyib
# 04 fevral 2021 12:51 (UTC +04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin aprel müqaviləsinin dəyəri ötən ilin fevralın 21-dən ilk dəfə 59 dollar həddini keçib.

"APA-Economics"in məlumatına görə, ticarət əməliyyatlarının gedişində "Brent"in bir bareli üçün maksimal dəyəri 59,01 dollaradək yüksəlib.

Xatırladaq ki, ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) 2050-ci ilədək "Brent" neftinin qiymətinin 173 dollara çatacağını proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR