Dünya fond bazarlarında Milad bayramı ilə əlaqədar əməliyyatlar aparılmır

Dünya fond bazarlarında Milad bayramı ilə əlaqədar əməliyyatlar aparılmır
# 26 dekabr 2020 10:14 (UTC +04:00)

Amerika və Avropa fond bazarlarında Milad bayramı münasibəti ilə dekabrın 25-də əməliyyatlar aparılmayıb.

"APA-Economics"in məlumatına görə, dekabrın 24-də isə Amerika fond bazarında Dow Jones indeksi 0,23% – 30,199.87 bəndədək, S&P 500 indeksi 0,35% – 3,703.06 bəndədək, Nasdaq indeksi isə 0,26% – 12,804.73 bəndədək yüksəlib.

Avropa fond bazarlarında dekabrın 24-də FTSE 100 indeksi 0,10% – 6,502.11 bəndədək, Almaniya DAX indeksi 1,26% – 13,587.23 bəndədək yüksəlib, Fransa CAC-40 indeksi 0,10% – 5,522.01 bəndədək enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR