Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib
# 26 noyabr 2019 09:06 (UTC +04:00)

Noyabrın 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,68% – 28 066,47 bəndədək, Nasdaq 0,75% – 3 133,64 bəndədək, S&P 500 isə 1,32% – 8 632,49 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında noyabrın 25-də FTSE 100 indeksi 0,95% – 7 396,29 bəndədək, Fransa CAC-40 0,54% – 5 924,86 bəndədək, Almaniya DAX-ı isə 0,63% – 13 246,45 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,19% azalaraq 1 462,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,06% azalaraq 1,1014 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR