Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib
# 05 dekabr 2019 09:08 (UTC +04:00)

Dekabrın 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,53% – 27 649,78 bəndədək, Nasdaq 0,54% – 8 566,67 bəndədək, S&P 500 isə 0,63% – 3 112,76 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında dekabrın 4-də FTSE 100 indeksi 0,42% – 7 188,50 bəndədək, Fransa CAC-40 1,27% – 5 799,68 bəndədək, Almaniya DAX-ı isə 0,16% – 13 140,57 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,33% azalaraq 1 474,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi olduğu kimi 1,1076 dollar səviyyəsində qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR