Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib
  • Clock-gray 09:02
  • calendar-gray 12 Dekabr 2019

Dekabrın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,11% – 27 911,30 bəndədək, Nasdaq 0,44% – 8 654,05 bəndədək, S&P 500 isə 0,29% – 3 141,63 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında dekabrın 11-də FTSE 100 indeksi 0,03% – 7 216,25 bəndədək, Almaniya DAX-ı isə 0,58% – 13 146,74 bəndədək, Fransa CAC-40 isə 0,22% – 5 860,88 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,33% artaraq 1 471,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,36% artaraq 1,114 dollar təşkil edib.

APA-Economics

Digər xəbərlər