Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib
# 24 dekabr 2019 09:53 (UTC +04:00)

Dekabrın 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,34% – 28 551,53 bəndədək, S&P 500 indeksi 0,09% – 3 224,01 bəndədək, Nasdaq indeksi isə 0,23% – 8,945,65 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında dekabrın 23-da FTSE 100 indeksi 0,54% – 7 623,59 bəndədək, Fransa CAC-40 0,13% – 6 029,37 bəndədək yüksəlib, Almaniya DAX-ı isə 0,13% – 13 300,98 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,26% artaraq 1 492,6 dollara bərabər olub.

Dekabrın 23-da dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,14% artaraq 1,1093 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR