Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib
# 15 aprel 2020 09:02 (UTC +04:00)

Aprelin 14-də Amerika fond bazarında Dow Jones indeksi 2,39% – 23 949,76 bəndədək, Nasdaq indeksi 3,95% – 8 515,74 bəndədək, S&P 500 indeksi isə 3,06% – 2 846,06 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında aprelin 14-də FTSE 100 indeksi 0,88% – 5 791,31 bəndədək enib, Fransa CAC-40 indeksi 0,38% – 4 523,91 bəndədək, Almaniya DAX-ı isə 1,25% – 10 696,56 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,47% artaraq 1 754,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,64% artaraq 1,0981 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR