Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri
# 17 yanvar 2020 09:04 (UTC +04:00)

Yanvarın 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,92% – 29,297.64 bəndədək, S&P 500 indeksi 0,84% – 3,316.81 bəndədək, Nasdaq indeksi isə 1,06% – 9,357.13 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında yanvarın 16-da FTSE 100 indeksi 0,43% – 7,609.81 bəndədək, Almaniya DAX-ı 0,02% – 13,429.43 bəndədək yüksəlib, Fransa CAC-40 indeksi isə 0,11% – 6,039.03 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,12% azalaraq 1 555,1 dollara bərabər olub.

Yanvarın 16-da dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,13% azalaraq 1,1136 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR