Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri
# 07 noyabr 2020 10:11 (UTC +04:00)

Noyabrın 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,24% – 28,323.40 bəndədək, S&P 500 indeksi 0,03% – 3,509.44 bəndədək enib, Nasdaq indeksi isə 0,04% – 11,895.23 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında noyabrın 6-da FTSE 100 indeksi 0,06% – 5,910.02 bəndədək yüksəlib, Fransa CAC-40 indeksi 0,46% – 4,960.88 bəndədək, Almaniya DAX-ı isə 0,70% – 12,480.02 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 946,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,51% artaraq 1,1882 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR