Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri
  • Clock-gray 09:18
  • calendar-gray 24 Noyabr 2020

Noyabrın 23-də Amerika fond bazarında Dow Jones indeksi 1,12% – 29,591.27 bəndədək, S&P 500 indeksi 0,56% – 3,577.59 bəndədək, Nasdaq indeksi isə 0,22% – 11,880.63 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında noyabrın 23-də FTSE 100 indeksi 0,28% – 6,333.84 bəndədək, Fransa CAC-40 indeksi 0,07% – 5,492.15 bəndədək, Almaniya DAX-ı isə 0,08% – 13,126.97 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 2,13% azalaraq 1 836 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,12% azalaraq 1,1845 dollar təşkil edib.

Hüseyn Vəliyev

Digər xəbərlər